İnstagram-da dələduzluq <span style="color:#ff0000">Sxemləri</span>
2021-01-23 13:00:00
İnstagram-da dələduzluq Sxemləri

Daxili İşlər Nazirliyi İnstagram-da dələduzların istifadəçilərdən pul oğurlaması ilə bağlı məlumat yayıb. 

Məlumata deyilir ki, aldatma, etibardan sui-istifadə etmək yolu ilə müxtəlif adlar altında təklif edilən xidmətlər sırasında belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesab parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izlənilməsinin mümkünlüyü ilə bağlı vədlər verir. Bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxararaq, ödənişi onlayn formada qəbul etdikdən sonra səhifələri sifarişçiyə təqdim olunmur.

Ümumilikdə həmin dələduzluq yolları bir sıra yalançı xidmətləri özündə ehtiva edir: 

►Sosial şəbəkə parollarını qırmaq

►Başqa şəxslərin mesajlarını izləmək

►Səhifələrin satışa çıxarılması

►Yüksək əməkhaqqı ilə işədüzəltmə

Dələduzlar göstərilən xidmətlərə görə onlayn qaydada pulu aldıqdan sonra əlaqəyə çıxmırlar. DİN belə hallarda diqqətli olmağa çağırır. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook