WhatsApp gizlilik yenilənməsini təxirə saldı
2021-01-16 02:32:00
WhatsApp gizlilik yenilənməsini təxirə saldı

WhatsApp elan etdiyi yeni gizlilik siyasəti və istifadə qaydalarından sonra istifadəçilərin narazılığını nəzərə alaraq yenilənməni mayın 15-nə qədər təxirə salıb.

Buna qədər isə yenilik fevralın 8-dən qüvvəyə minməli idi. Bu tarixdə qaydaları qəbul etməyənlər tətbiqdən istifadə edə bilməyəcəkdilər. 

Yeniliyə görə, mesencer istifadəçisi özü haqda məlumatları Facebook-un digər xidmətləri ilə bölüşməyə razılıq verməlidir. Əks təqdirdə o, WhatsApp-dan istifadə edə bilməyəcək.

İnsanlar isə bunu təhlükəsizliklərinə bir təhdid görərək kütləvi şəkildə WhatsApp-dan imtina etməyə başladı. Artıq bir çoxları Telegram, Viber və Signal kimi mesencerlərə üz tutub. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook