WhatsApp-da gələn dələduz mesajları - <span style="color:#ff0000">Ehtiyatlı olun</span>
2021-02-12 14:11:00
WhatsApp-da gələn dələduz mesajları - Ehtiyatlı olun

WhatsApp-da bəzi şəxslər şəxsi hesabları ələ keçirmək üçün mesajlar göndərirlər. 

Belə mesajl istifadəçilərdən birinə gəlib. Britaniya telefon nömrəsindən yazan naməlum şəxs bildirir ki, bəs siz reklam botu kimi təsbit edilmisiz və siz Telegram kanalının 5 rəqəmli kodunuzu göndərməlisiniz. Bununla bağlı məlumatı Facebook-da bir qrup üzvləri paylaşıb. 

 

Burada bəzi suallar ortaya çıxır. Birincisi, reklam botu kimi təsbit olunubsa, niyə Telegram kanalının kodunu istəyirsiniz? İkincisi, WhatsApp servisi heç vaxt belə mesajlar göndərmir. 

Əvvəlcə qeyd edək ki, Telegram kanalında yüksək təhlükəsizlik üçün hər dəfə kənar cihazlardan daxil olarkən 5 rəqəmli kod telefondakı Telegram tətbiqinə göndərilir. Bu kod daxil edildikdən sonra, məsələn, kompyuterdə hesaba daxil olmaq mümkündür. 

Deməli, belə dələduzlar Telegram çatlarda nömrələri açıq olan şəxslərin hesablarını ələ keçirmək üçün onlara mesajlar yazırlar. Bu yolla çalışırlar şəxsi aldadıb ondan kodu götürsünlər. 

Əlbəttə, bu nümunə ən naşı bir şəxsin yazdıqlarıdı. Heç servis də yazar ki, kodu verin tez olun?...))

Müxtəlif tipli mesajlar var ki, kimisə ünvan istəyir, kimisə bank hesabı nömrəsi və s. Ona görə də telefonunuzda qeyd edilməyən nömrələrdən gələn mesajlarla bağlı diqqətli olmaq lazımdır. 

ElMedia

    




Video

Video yüklənir...

Bizi izləyin

Facebook