WhatsApp-la kompyuterdən də videozəng etmək olacaq - Skype-a zərbə
2021-03-04 18:09:00
WhatsApp-la kompyuterdən də videozəng etmək olacaq - Skype-a zərbə

WhatsApp-ın kompyuter versiyasından da səsli və videozənglər mümkün olacaq. 

Facebook şirkətinin məlumatında bildirilir ki, onlar bir il ərzində WhatsApp vasitəsilə zənglərin sayının xeyli artdığını müşahidə ediblər. Məsələn. Yeni il öncəsi bir gündə 1,4 milyard səsli və video zəng edilib. Bunun nəzərə alaraq şirkət insanlara daha geniş imkanlar açmaq fikrinə düşüb. 

Kompyuter vasitəsilə səsli və video zənglər daha rahat danışmaq imkanı verəcək. Bundan həm də işgüzar dairələr də geniş istifadə edə biləcək. 

Qeyd edək ki, 2 milyard istifadəçisi olan WhatsApp-ın belə bir funksiya əlavə etməsi Skype və digər bu kimi proqramlara ciddi zərbə vura bilər. 

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook