Ən populyar mesencerlər - Hansı daha yaxşıdır
2021-01-11 16:28:00
Ən populyar mesencerlər - Hansı daha yaxşıdır

WhatsApp-da istifadə və məxfilik qaydalarının dəyişəcəyi ilə bağlı xəbərdən sonra bir çoxları bu mesencerdən imtina etməyi düşünür. 

Facebook şirkətinə məxsus olan mesencerdə fevralın 8-dən sonra istifadəçi özünə məxsus məlumatları Facebook-un digər xidmətlərinə ötürülməsinə razılıq verməlidir. Əks təqdirdə mesencerdən istifadə etmək mümkün olmayacaq. Hansı məlumatların ötürülməsi barədə ətraflı bu məqalədə oxuya bilərsiniz.  

Bəs əgər WhatsApp-dan imtina etsək, hansı mesencerlərdən istifadə etmək olar. Gəlin siyahıya baxaq. 

Facbook Messenger - Facebook-a məxsusdur. 

Telegram - Rusiyalı Pavel Durov tərəfindən yaradılıb

WeChat - Çin mesenceridir. 

Viber - Yaponiyanın Rakuten şirkətinə məxsusdur. 

Skype - Microsoft şirkətinə məxsusdur

Snapchat - ABŞ-ın Snap şirkətinə məxsusdur. 

Signal - ABŞ-ın Signal Foundation şirkətinə məxsusdur.  

İCQ - Rusiyanın Mail.ru şirkətinə məxsusdur

Mail.ru Agent - Rusiyanın Mail.ru şirkətinə məxsusdur 

Line - Cənubi Koreyanın Line Corporation şirkətinə məxsusdur. 

Google Hangouts - ABŞ-ın Google şirkətinə məxsusdur. 

KakaoTalk - Cənubi Koreyanın Kakao şirkətinə məxsusdur. 

QQ - Çinin Shenzhen Tencent Computer Systems şirkətinə məxsusdur. 

imo - ABŞ-ın PageBites şirkətinə məxsusdur.

Tamtam - Rusiyanın Mail.ru Group şirkətinə məxsusdur

BiP - Türkiyənin Turkcell İletisim Hizmetleri şirkətinə məxsusdur.  

Qeyd edilənlərdən dünya üzrə ən populyarları Facebook Messenger, Viber, Telegram, Signal, Skype, WeChat mesencerləridir. Onların hamısında mətnli mesaj, səsli mesaj, zəng və videoəlaqə funksiyaları var. 

Azərbaycanda ən populyar mesencer hazırda WhatsApp-dır. Son müşahidələr getdikcə ölkədə Telegram və Viber-in də istifadəçilərinin artdığını göstərir. Xüsusən Telegram Vətən müharibəsi dövründə müxtəlif xəbər kanallarını izləmək məqsədilə insanlar arasında populyarlaşdı. Viber isə özəllikləri ilə heç də WhatsApp-dan geri qalmır. Yeri gəlmişkən, Rusiyada populyarlığına görə birinci yerdədir. Viber istifadəçilərinin sayı dünya üzrə 1 milyarddan artıqdır. 

Telegram-dan dünya üzrə 400 milyon insan istifadə edir.  Facebook Messenger istifadəçilərinin sayı 1,3 milyarddır. Çinin WeChat-ından isə 1,2 milyard insan yararlanır. Viber-də 300 milyon, Skype-da 350 milyon, QQ-də 650 milyon istifadəçi var. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook