Bir neçə gündür Azərbaycan-Ermənistan sərhədində yerləşən Qaragöl ətrafında gərginlik var.
Ermənistan tərəfi Azərbaycan əsgərlərinin öz ərazisinə keçdiklərini bildirərək hay-küy qaldırıb. Sosial şəbəkələrdə əsgərlərimizin həin ərazidən görüntüləri yayılıb. Videoda onların məhz Azərbaycan ərazisində olduğunu müəyyən etmək üçün xəritədə lokasiyasını müəyyən etdik.
Videoda əsgərlərimizin Qaragölə yaxınlaşması istiqamətinə baxdıqda onların məhz Azərbaycan ərazisində olduğunu görmək olur. Xəritədə bu aydın şəkildə təyin edilir.
Beləliklə, videoda əsgərlərin məhz Azərbaycan ərazisində olduğu dəqiq aydın olur.