Telefonumuzu kim dinləyir - FactCheck
2021-05-16 18:40:00
Telefonumuzu kim dinləyir - FactCheck

Sosial şəbəkələrdə mobil telefonun dinlənilməsinin qarşısını almaq üçün kodlar təklif edilir. 

Video müəllifləri iddia edirlər ki, qeyd olunan kodu yığmaqla sizin mobil nömrənizlə bağlı olan telefona hansı nömrədən qulaq asıldığını müəyyən etmək olar. Sonra isə digər kodlar təklif edərək bunun qarşısını almağın mümkünlüyünü deyirlər. 

Biz bunun nə dərəcədə həqiqət olduğunu yoxlamaq qərarına gəldik. 

Bu videoda xanım istifadəçi dinləmənin qarşısını almaq üçün prosesi anladır. 

Xanımın qeyd etdiyi *#43# kodu ümumilikdə mobil operatorlar tərəfindən qəbul edilən beynəlxalq xidmət kodudur. Bununla istənilən ölkədə mobil operator istifadəçisi zənglərin yönləndirilməsi xidmətinə qoşulub qoşulmadığını yoxlaya bilər. Azərbaycanda bu xidmət bütün operatorlarda pulsuz qoşulur.
Sonra video müəllifi ikinci kodu göstərir. Bu, *#62# kodudur. Bu kod qoşulan xidmətin nömrəsini göstərir. Azercell-də bu, 6080 xidmətidir ki, kodu yığdıqda +994506080 olaraq görünür. Bu xidmət nömrə bağlı olduqda və ya zəng çatmadıqda sonrada abunəçi şəbəkəyə qayıtdıqda ona SMS ilə məlumat göndərir. Bakcell-də bu xidmət 0558000001 nömrəsinə bağlıdır. 
Bundan sonra isə video müəllifi çıxış yolu göstərir ki, dinləmənin qarşısını necə almaq olar. Nəhayət o, ##002# kodunu yığmaqla bütün bu xidmətləri söndürmək olar deyir.  
Beləliklə, aydın olur ki, bu kodlar beynəlxalq səviyyədə mobil operator sistemləri tərəfindən istifadə olunur və kənar şəxslərin telefonu dilnəməsi ilə bağlı deyil. Videoda təqdim edilən informasiya yanlışdır. 
ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook