Xankəndiyə icazəsiz yük daşıyan İran maşınları - FactCheck
2021-05-04 16:27:00
Xankəndiyə icazəsiz yük daşıyan İran maşınları - FactCheck

"Azad İran" Telegram kanalında İran nömrəli yük maşınlarının Laçın dəhlizindən keçərək Xankəndinə yanacaq və digər yüklərin daşınması ilə bağlı videolar yayıb. 

Bu görüntülər böyük müzakirələr yaradıb. Video çəkilən ərazinin xəritədə lokasiyasına diqqət ayırmaq qərarına gəldik. Bununla həmin görüntülərin yerini daha dəqiq bilmiş olarıq. Hərçənd ki, videoda relyef, post, sülhməramlı əsgərlər açıq görünür və şübhə yoxdur ki, ərazi məhz Laçın dəhlizinin Xankəndi yoludur. 

Kanal iki video paylaşıb və onların hər ikisində eyni keçid məntəqəsi əks olunub. Bu məntəqə Daşaltıdan Şuşaya gedən yolla kəsişmədə yerləşir. Kadrlardan birində Daşaltı-Şuşa və Laçın-Xankəndi yollar ikisi də aydın görünür. 

Artıq bununla neçənci dəfədir ki, İran yük avtomobillərinin Azərbaycan ərazilərinə dövlətdən icazəsiz keçməsi halları qeydə alınır. Vətən müharibəsindən əvvəl və həmin günlərdə də belə görüntülər yayılmışdı. Avtomobillər hərbi maşınlar daşıyarkən görüntülənib. Bu maşınlar isə Rusiya istehsalıdır və İkinci Qarabağ müharibəsində onların əksəriyyəti qənimət kimi ələ keçirildi və ya da məhv edildi. 

Beləliklə, lokasiya, relyef və digər məqamlar videoların həmin əraziyə aidliyini bir daha göstərmiş olur. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook