Azərbaycanda qəribə məxluq tapılıb?.. - Saxta yoxsa real
2021-01-05 16:44:00
Azərbaycanda qəribə məxluq tapılıb?.. - Saxta yoxsa real

İnstagram-ın Azərbaycan seqmentində əsgərlərin guya qəribə məxluq tapması ilə bağlı foto yayılıb. 

Fotoda ovucun içində həqiqətən elmə məlum olmayan canlının və ya bitkinin görüntüsü var. 

Biz də bu fotonun həqiqiliyini yoxlamaq qərarına gəldik. Şəkil fotomontaj deyil, bunu xüsusi yoxlama zamanı fotoya müdaxilə edilmədiyini görmək olur. 

Amma bu o demək deyil ki, fotodakı məxluq realdır. Sosial şəbəkələrdəki araşdırmamız nəhayət ki, həqiqəti üzə çıxarmağa imkan verdi. 

Məlum oldu ki, bu, bir nəfər tərəfindən hazırlanan əl işidir. O, əsasən qeyri-real məxluqların maketlərini hazırlayır. 

Magic Within Facebook səhifəsində paylaşılan müxtəlif əl işləri ilə yanaşı, bizim gördüyümüz foto da var. 

Beləliklə, bu, Azərbaycan əsgərləri tərəfindən tapılan naməlum məxluq yox, mifik varlıqları əks etdirən əl işidir. 

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook