Çılpaq göstərən eynək - <span style="color:#ff0000">Fırıldaq</span>
2021-01-25 17:17:00
Çılpaq göstərən eynək - Fırıldaq

Bir vaxtlar el arasında insanı paltarsız göstərən eynək əfsanələri dolaşırdı. 

İndi bu əfsanə reklam bazarında yer tutub. Facebook-un Azərbaycan seqmentində insanı paltarsız göstərə bilən eynəklərin reklamı və buna uyğun video nümayiş olunur. 

Belə ki, videoda eynəyi paltara yaxınlaşdırdıqda birbaşa insanın dərisi görünür. Ya elm elə inkişaf edib ki, bundan xəbər tutmamışıq, ya da bu fırıldaqdır. Çox güman ki, elə ikinci variant daha uyğundur. 

Facebook reklamından canshopful.com saytına keçid verilir və burada həmin eynəyin özəllikləri barədə məlumat verilir.

29.99 dollara satılan eynəyin əsas xüsusiyyətləri bunlardır: Amerika məhsuludur, son nəsil ultrabənövşəyi filtri var, istənilən geyimin altını göstərə bilir və s. Sayt çatdırılma xidməti də göstərir. 

Axtarış zamanı belə adda məhsul Amazon satış saytında tapdıq. Burada eynəyin mavi şüalardan qorumaq üçün nəzərdə tutulduğu deyilir. Yəni onu telefona, monitora, televizora baxarkən taxmaqla gözlərin yorğunluğunu azaltmaq olar. Amma geyimin altını göstərmək barədə heç nə deyilmir.

  Qayıdaq "çılpaq" göstərən eynək satıcısına. Sayt yeni yaradılıb və onun Facebook səhifəsi də 2020-ci ilin avqustunda açılıb, cəmi iki post paylaşılıb. 

Bundan əlavə videonun da montaj olunduğunu xüsusi yoxlanışda görmək mümkündür. Test vasitəsilə müdaxilənin olub olmadığını müəyyən etdik. Belə ki, hər hansı video və fotoya kənar müdaxilə olduqda həmin ərazinin səthi dəyişik rəngdə görünür. Bu aşağıdakı müqayisədə aydın sezilir. 

 
Beləliklə, bu fırıldaq iki məqsəd üçündür: ya Amazon-da 17 dollara satılan eynəyə əlavə qeyri-adi funksiya yazmaqla alıcı cəlb etmək, ya da sayt vasitəsilə alıcıların bank kartınının məlumatlarını oğurlamaq. Hər bir halda belə saytlardan uzaq durmaq məsləhətdir. 
 
ElMedia
 

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook