DİN-in Facebook şərhi - İstifadəçilər feyk olduğunu dedilər - FactCheck
2021-03-03 14:27:00
DİN-in Facebook şərhi - İstifadəçilər feyk olduğunu dedilər - FactCheck

Sosial şəbəkələrdə müzakirə yaradan şərhə Daxili İşlər Nazirliyi (DİN) reaksiya verib. 

Müzakirəyə səbəb DİN-in Facebook səhifəsi adından xoşagəlməz şərhin yazıldığını göstərən fotonun yayılmasıdır. DİN-in Mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkələrdə yayılan foto montajdır.

Fotoda DİN adından “ə bir öz vidivə bax sora nəsə yaz” qeyd edilib. Qeyd edək ki, fotonu yalnız Hamam Times səhifəsi yayıb. 

İstifadəçilər qeyd edirlər ki, belə bir şərh real ola bilməz. 



İstifadəçilər ona işarə ediblər ki, səhifənin təsdiqləndiyini bildirən mavi işarə səhifənin adının qarşısında deyil, aşağıda yerləşib. Bu da fotonun mntaj olunduğunu göstərir.  

Buna görə yuzerlər səhifəni tənqid ediblər. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook