Ermənilər yenə narazı - Laçında sərhəd bərpa olunur - <span style="color:#ff0000">FactCheck</span>
2021-02-06 17:31:00
Ermənilər yenə narazı - Laçında sərhəd bərpa olunur - FactCheck

Laçın rayonu ərazisində Ermənistanla dövlət sərhəddi bərpa olunur.

Artıq Azərbaycan əsgərləri öz mövqelərini tutublar. Lakin erməni mətbuatı sərhəddin müəyyənləşdirilməsini elə təqdim edir ki, sanki Azərbaycan Ermənistan ərazisinə daxil olub. Azadlıq Radisounun Ermənistan bürosu qeyd edir ki, Sünik vilayətinin Nerkin Xndzoresk kəndi ərazisində torpaqlar "Azərbaycana keçib". Belə təqdimat sözsüz ki, daxili auditoriyanı qıcıqlandırmağa yönəlib.

Amma reallıq isə ondan ibarətdir ki, bu ərazilər Azərbaycana məxsusdur, ermənilər isə 30 il işğal dövründə bu ərazilərdən əkin-biçin üçün istifadə ediblər. 

Bu araşdırmada biz həmin videoda göstərilən Azərbaycan mövqelərinin sərhədlərimiz daxilində olduğunu nümayiş etdirəcəyik. 

Azərbaycan əsgərlərinin tutduğu mövqe Nerkin Xndzoresk kəndindən görünür. Çəkiliş aparılan nöqtəni taparaq Google Earth vasitəsilə onun yerini müəyyənləşdirdik. Aşağıdakı fotolardan təsdiqlənir ki, Azərbaycan Ordusu sərhəddə öz mövqelərini tutub və Ermənistan tərəfə keçməyib. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook