İstilər feyk məlumatlar yaradır - <span style="color:#ff0000">İfşa</span>
2019-06-30 00:45:00
İstilər feyk məlumatlar yaradır - İfşa

Bu aralar havanın isti keçməsi ilə bağlı sosial şəbəkələrdə çox sayda postlar paylaşılır. 

Onlardan birində deyilir ki, Küveytdə 62 dərəcə istilərdən avtomobillər əriyir. Əsasən türkdilli Facebook istifadəçiləri bu cür paylaşımlar ediblər. Amma bundan əvvəl də çox belə paylaşımlar olub. Bəziləri bunu Ərəbistana, digərləri Omana aid edib. 

Lakin məlumat həqiqəti əks etdirmir. Belə ki, bu foto ABŞ-ın Arizona ştatının Tuskon şəhərində çəkilib. Orada baş verən yanğın zamanı yaranan yüksək temperatur nəticəsində ətrafdakı maşınların plastmas hissələri əriyib. 

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook