Kamil Zeynallıya medal verilib ya yox? - FactCheck
2021-02-05 13:43:00
Kamil Zeynallıya medal verilib ya yox? - FactCheck

Fitnes məşqçisi Kamill Zeynallının medallarla təltif olunması SŞ-də müzakirə obyektinə çevrilib. 

İnstagram-da medallarının şəkillərini paylaşan Kamil Zeynallı onu təltif edən quruma təşəkkürünü bildirib. Amma bu səhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət Xidməti Facebook səhifəsində məlumat paylaşaraq Kamilə onlar tərəfindən medal verilmədiyini açıqlayıb. 

Burada ortaya çıxan məsələ medalların niyə bu qurum tərəfindən verilməsi məlumatının ortaya çıxmasıdır. 

Medallara gəldikdə isə "Milli Ordu -100" medalı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, "Vətən Naminə" medalı isə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən təsis edilib. Bu medallar dövlət təltifləri hesab olunmur. Kamil Zeynallı da postunda ictimai birliyə təşəkkür edib. 

Bu gün o, yenidən paylaşım edərək kimlərinsə ona paxıllıq etdiyini yazıb. 

İstifadəçilər Zeynallının postunda onu dəstəkləyiblər və təbrik ediblər. Amma fərqli fikir söyləyənlər də var. 

Beləliklə, qeyd etmək olar ki, Kamil Zeynallıya medallar verilib. Bu medallar ictimiai birliklər tərəfindən təqdim olunub və heç bir dövlət qurumuna aid deyil. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook