Kəndçilərinə 2 milyon vəsiyyət - Saxta məlumat
2021-01-08 18:00:00
Kəndçilərinə 2 milyon vəsiyyət - Saxta məlumat

Sosial şəbəkələrin Azərbaycan seqmentində ispaniyalı milyonçu Antonino Fernandez Rodrigezin doğulduğu kənddə hər kəsə 2 milyon funt sterlinq vəsiyyət etməsi barədə postlar paylaşılıb. 

Bu məlumatı dəqiqləşdirərkən belə bir xəbərin hələ 2016-cı ildə, milyonçunun ölümündən sonra yayıldığını müəyyən etdik. İlk dəfə bu məlumatı Telegraph nəşri yayıb, amma sonra xəbərin yanlış olduğu deyilib. Bir çox media bunu tirajlasa da sonradan təkzib verməli olub. 

Məlumata görə, o, doğulduğu Cerezales del Condado kəndində yaşayan 80 nəfərə 169 milyon funt sterlinq vəsiyyət edib. Lakin sonra məlum olub ki, kənd sakinləri sadəcə həmyerlilələrinin kəndə qayğı göstərdiyini deyiblər və bunu da media təhrif edib. 

Antonino Fernandez Rodrigez Meksikada fəaliyyət göstərən və pivə istehsalı ilə məşğul olan Grupo Modelo şirkətinin yaradıcısıdır. 

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook