
Bu günlərdə Azərbaycan mətbuatında Maştağada qəribə heyvanın tapılması barədə məlumat yayılıb.
Bir çox xəbər portalları Ləiş bağlarında guya qoyunlara hücum edən uçan varlıq tapıldığını iddia ediblər. Məxluqun fotosunu da paylaşıblar.
Maştağa sakinlərinə istinad edilən xəbərdə dolğun faktlar verilmədiyi üçün bu məlumatın düzgünlüyünü yoxlamaq qərarına gəldik. Məlum oldu ki, paylaşılan foto əsasən ötən ilin iyul-avqustunda internetdə geniş yayılıb və Azərbaycanda çəkilməyib. Bu heyvan isə çəkicbaş yarasadır. Ona Afrikada rast gəlinir. Bəzi hallarda qanadlarının uzunluğu 1 metrə çata bilir. Azərbaycan portallarının yazdığı kimi ətlə deyil, meyvə ilə qidalanır. Portallarda çəkisinin 40-45 kiloqram olduğu deyilir, amma onların çəkisi maksimum 400 qrama qədərdir.
Beləliklə, bu yarasa növünə Azərbaycanda indiyədək rast gəlinməyib. İstinad edilən sakinlərlə bağlı isə dəqiq məlumat yoxdur.
ELMedia
- Teqlər
- çəkicbaş yarasa
- Maştağa
- məxluq
-
2022-04-28 13:05:00
-
2022-04-26 13:25:00
-
2022-04-25 12:35:00
-
2022-04-24 03:15:00
-
2022-04-24 02:25:00
-
2022-04-24 02:10:00
-
2022-04-22 11:05:00
-
2022-04-18 15:30:00
-
2022-04-18 15:10:00
-
2022-04-18 15:00:00