Nazirə vaksin vurulmayıb?.. - <span style="color:#ff0000">ARAŞDIRMA</span>
2021-01-19 12:39:00
Nazirə vaksin vurulmayıb?.. - ARAŞDIRMA

Sosial şəbəkə istifadəçilərindən biri dünən nazir Oqtay Şirəliye və Ramin Bayramlıya vurulan vaksinlərin başqa dərman olduğunu iddia edib. 

Arif Nuru adlı istifadəçinin səhifəsində onkoloq-cərrah olduğu yazılıb. O bildirir ki, CoronVac adlı peyvəndin rəsmi qutusunda vaksin hazır şprisdə olur, lakin nazirə isə şüşə qabdan çəkilərək adi şprislə vurulub.

Buna rəsmi reaksiya verən TƏBİB isə qeyd edib ki, istifadəçinin təqdim etdiyi fotodakı qutu üzərində "only for clinical trial" yazılıb ki, bu da klinik sınaq mərhələlərində istifadə olunan nümunədir. Hazır vaksinlər isə sifariş əsasında şüşə qablarda gətirilir.

TƏBİB-in bu açıqlamasını yoxlamaq qərarına gəldik. 

Belə ki, CinoVac firmasının vaksini ilə bağlı rəsmi məlumatlrda peyvəndin bir sıra qablaşdırılmasına rast gəlmək mümkündür. Braziliyada istifadə olunan vaksin qablarına baxdıqda onlarda da şüşə qablardan istifadə olunub. Fotoya baxaq.

 Ramin Bayramlı da vaksin olunarkən əlində boş şüşə qab tutur. Fotoda - solda Ramin Bayramlının tutduğu şüşə qab, sağda Braziliyada istifadə olunan boş şüşə qab

 Bundan əlavə, Trend informasiya agentliyinin çəkdiyi fotolarda da Braziliya və Türkiyədə istifadə olunan vaksin qablarının Azərbaycandakılarla eyni olduğu görünür. 

Trendin fotoları: 

Bu yaxınlarda Türkiyədə də eyni vaksindən istifadəyə başlanıb. Bununla bağlı yayılan fotolarda həmin şüşələrə rast gəlmək mümkündür. 

Anadolu Agentliyinin fotoları:

Eyni zamanda şüşələrin hamısının üzərində eyni yazıların olduğunu görmək mümkündür. 

Azərbaycanda istifadə olunan CoronaVac vaksini Braziliya və Türkiyədə tətbiq edilən peyvəndlə eynilik təşkil edir. İstifadəçinin təqdim etdiyi foto isə Çində klinik sınaqlar üçün buraxılan nümunədir. Sınaqlarla bağlı Çinin CGTN televiziyasının yaydığı fotoda da kütləvi istehsal edilən vaksinlərin şüşə qablarda buraxıldığını görmək mümkündür. 

Beləliklə, Azərbaycanda istifadə edilən şüşə qablardakı vaksinlər koronavirusa qarşı nəzərdə tutulan peyvəndlərdir. 

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook