Otuz gün ayı mağarasında qalan şəxs - <span style="color:#ff0000">Yalan çıxdı</span>
2019-06-30 02:11:00
Otuz gün ayı mağarasında qalan şəxs - Yalan çıxdı

Bir neçə gün bundan əvvəl, demək olar, bütün dünya mətbuatının yaydığı xəbər yalan çıxıb. 

Məlumata görə, Rusiyanın Tuva vilayətində Aleksandr adlı şəxs otuz gün ayı ilə birlikdə yuvasında qalıb və sağ tapılıb. Guya o bu müddətdə öz sidiyini içərək həyatda qala bilib. Bu məlumatı Rusiyanın ən nüfuzlu vesti.ru, mk.ru və sairə KİV-ləri paylaşıb. Xəbər Azərbaycan mediasında da tirajlanıb və Facebook-da geniş müzakirələr yaradıb.  

Lakin xəbər doğru çıxmayıb. Belə ki, İndependent nəşri müəyyən edib ki, Tuvada xəstəxanada belə şəxs yoxdur. Videodakı danışıqlardan həmin şəxsin Qazaxıstanda ola biləcəyi güman edilib və doğrudan da onu Aktobe şəhərində tapıblar. Aleksandr adlı şəxs psoriaz xəstəliyindən əziyyət çəkir. O, baxımsızlıqdan tanınmaz hala düşüb. Ehtimal edilir ki, həkimlər onun videosunu çəkiblər və bir-birlərinə ötürüblər. Bundan sonra video ətrafında müxtəlif əfsanələr yaranıb. 

ELMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook