Peyvənd vurularkən şprislə manipulyasiya - FactCheck
2021-03-08 01:52:00
Peyvənd vurularkən şprislə manipulyasiya - FactCheck

Koronavirus peyvəndinin real olmaması ilə bağlı hələ də məlumatlar paylaşılır. 

Sosial şəbəkələrdə bir çox məşhurlara vurulan peyvəndin ya başqa məhlul olduğu, ya da heç vurulmadığı barədə informasiyalar dolaşır. Bunlardan biri də Perunun prezidenti ilə bağlıdır. Yayılan videoda iddi edilir ki, iynə dövlət başçısının qoluna yeridilərkən iynə şprisə geri daxil olur və onun qoluna heç nə yeridilmir. 



Bunu əsas gətirərək deyilir ki, prezidentə peyvənd vurulmayıb və bu proses səhnələşdirilib.

Lakin diqqətlə baxdıda görmək olur ki, iynə şprisə məhlul artıq vurulduqdan sonra daxil olur. Bu şprislər xüsusi təhlükəsizlik üçündür. WTF Secura adlanan şprislər tibbi personalı təsadüfi iynəbatmalardan qorumaq məqsədilə hazırlanıb. 


 


Xüsusi quruluşu imkan verir ki, məhlul bitdikdən sonra barmaq götürülən kimi iynə şprisə geri daxil olur. Bu şprislərin işləmə prosesini aşağıdakı videoda əyani görmək olur. 


Beləliklə, demək olar ki, Peru prezidentinə peyvənd vurularkən bu şprisdən istifadə olunub. Ona görə iynənin şprisə daxil olması ona peyvənd vurulmayıb deməyə əsas vermir. Peyvəndi vurmamaq üçün çox sayda digər üsullardan da istifadə oluna bilər. 

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook