Rihannanı pakistanlı etdilər
2021-02-05 17:04:00
Rihannanı pakistanlı etdilər

Məşhur müğənni Rihanna bu yaxınlarda Hindistanda keçirilən fermerlərin aksiyalarına dəstək verib. 

O özünün Twitter səhifəsində post paylaşaraq "niyə bu barədə danışmayaq?" yazıb. Paylaşım isə CNN-nin fermerlərin etirazları ilə əlaqədar Dehlidə internetin kəsilməsi xəbəridir. Müğənninin bu postu 299 min dəfə retvit edilib, 847 min bəyənmə qazanıb. Onun ümumi oxucularının sayı isə 101 milyondur. 

Elə bundan sonra Hindistanda Rihannaya virtual hücumlar başlayıb. Sosial şəbəkələrdə hətta onun müsəlman və ya pakistanlı olması barədə məlumatlar və fotolar meydana çıxıb. 

Belə fotolardan biri də onun Pakistanın bayrağını tutmasıdır. Amma məlum olub ki, bu fotomontajdır.

 

Feyk xəbəri təhlil edən mütəxəssislər montaj edilən şəklin orijinalını tapıblar. Məlum olub ki, Rihanna 2019-cu ildə  kriket federasiyasının bayrağını tutaraq foto çəkdirib. Bunu isə hindistanlı istifadəçilər montaj edərək pPakistan bayrağı ilə əvəz ediblər. 

Qeyd edək ki, Hindistan və Pakistanla Kəşmir məsələsində münaqişə mövcuddur. Ümumilikdə bu ölkədə müsəlmanlara münasibət birmənalı deyil. Ona görə hindistanlı sosial şəbəkə istifadəçiləri Rihannaya qəzəblərini nümayiş etdirmək üçün onu müsəlman və ya pakistanlı kimi təqdim ediblər. Bununla da Hindistan cəmiyyətində ona qarşı qəzəbi artırmağa çalışıblar.   

ElMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook