Rusiyalı jurnalistin feyk videoreportajı – <span style="color:#ff0000">Çəkilişin detalları </span>
2020-07-20 16:58:00
Rusiyalı jurnalistin feyk videoreportajı – Çəkilişin detalları

Rusiyalı jurnalistin guya ermənilərin Tovuz istiqamətində Azərbaycan mövqelərini ələ keçirməsi barədə yayılan video sadəcə dezinformasiyadan başqa bir şey deyil. Rəsmi olmasa da ermənilər hər yolla guya Qaraqayanı ələ keçirdiklərini yaymağa çalışırlar. Amma bu sırf feykdir və daxili auditoriyaya yönəlib. Bunu sübut etmək üçün ətraflı araşdırma apardıq.

Videoda müəllif uzaqdan Tovuzun Ağdam kəndinin görüntülərini çəkib və bildirir ki, bu həmin alınan mövqedən olan görüntüdür. Lakin bu görüntülər Ermənistan ərazisindən çəkilib, Azərbaycan mövqelərinə heç bir aidiyyəti yoxdur.

Aşağıda videodan kəsilən kadr Ağdam kəndidir.

Burada biz bir neçə obyekt vasitəsilə həmin yerin hansı rakursdan çəkildiyini göstərəcəyik. Kadrlarda səngərlər, bir tək ağac və uzaqda evlər var. Bu obyektləri Google Map-də qarış-qarış araşdırıb həmin tənha ağacı tapırıq. Həmin evlər və səngərlər də bu ağacın tuşunda aydın görünür.

Google Map-də həmin ərazinin videodakı ərazi ilə eyni olduğu açıq görünür. Belə aydın olur ki, çəkiliş Ermənistan ərazisindəki postlardan, Qaraqayadan çox aralıdan çəkilib.

Buradan aydın olur ki, rusiyalı jurnalist kimi danışan şəxs sadəcə ərazi ilə manipulyasiya etməklə guya ermənilərin hansısa pozisiyanı ələ keçirdiklərini qələmə verməyə çalışır. Halbuki o hələ də Ermənistan ərazisindədir.

ELMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook