SŞ-də müzakirə yaradan şair - FactCheck
2021-03-31 20:22:00
SŞ-də müzakirə yaradan şair - FactCheck

Sosial şəbəkələrdə ahıl bir istifadəçinin gənc qızlarla tanış olmaq istəyini əks etdirən şərhi skrin edilərək paylaşılır. 

Bu foto bir çox səhifələrdə və profillərdə paylaşılıb, ona minlərlə şərh yazılıb. 



Aftandil Qocayev adlı bu şəxsin profilinə daxil olduqda onun özünü Qaxdan olan şair kimi təqdim etdiyini görmək olur. Əsasən sevgi şeirləri yazdığını deyən şair onlara gənc qızların fotolarını da əlavə edir. 


 


Lakin düşünürük ki, bu, saxta şair profilidir və onu idarə edən şəxs bu cür özünə layk və şərh qazanır. 

Şairin profil şəkli internetdən götürülüb. Pulsuz foto banklarından birində həmin şəkil yerləşdirilib. Deməli, artıq profilin saxta olmasını göstərən əsas dəlil var. Sadəcə şeirləri də yoxlamaq qərarına gəldik. Elə yuxarıdakı skrində yazılan şeirin İnternetin Azərbaycan seqmentində 2013-cü ildən dövr etdiyini görmək mümkündür.  



Digər şeirlər də əvvəlki illərdə internetdə və sosial şəbəkələrdə paylaşılıb. Onların müəlliflərini müəyyən etmək olmadı. Çünki paylaşdıqda bir çoxları müəllifi qeyd etmirlər. Bu da şeirlərin başqalarının adlarına çıxmasına rəvac verir. 

Postlarının birində şair ilk kitabının 1982-ci ildə dərc olunduğunu deyir. Lakin nə belə adda kitab var, nə də şair. İstifadəçilərin əksəriyyəti ahıl insanın gənc qızlara olan qeyri-normal meylinə görə onu qınayır, bəziləri zarafat edir. Amma onların arasında bu profilin əsl sahibinin şair deyil, gənc biri olduğunu qeyd edir. 



Beləliklə, bu profilin sahibi yaşı və hərəkətləri ilə təzad yaradaraq diqqət cəlb edir və bununla çox sayda şərh və layk qazanır. 

ElMedia 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook