Türkiyə istehsalı deyilən böcək-dron - FactCheck
2021-03-05 19:38:00
Türkiyə istehsalı deyilən böcək-dron - FactCheck

Sosial şəbəkələrdə yayılan bir fotoda uçan həşərat formasında olan dronun Türkiyə istehsalı olması qeyd edilib. 



Lakin bu mexanizmin Türkiyəyə heç bir aidiyyatı yoxdur. Bu həşərat formasında olan dronun fotosu ilk dəfə 2009-cu ildə ABŞ mətbuatında yayılıb. Belə formada casus dronlarla bağlı isə versiyalar 2007-ci ildə Washington Post qəzetində dərc edilib. Məqalədə qeyd edilir ki, mitinqlərin birində havada böcək kimi uçan qeyri-adi bir "canlı" görüblər. Onlar bunun hansı növ həşərat olduğunu müəyyən edə bilməyiblər. Belə ehtimal ediblər ki, bu, dövlətin məxfi qurumlarının izləmə dronlarıdır. 

Həşərat formasında olan uçan aparatların yaradılması ilə bir çox tədqiqat mərkəzləri araşdırmalar aparıb. Yuxarıdakı foto Kembric Universitetinin "Avtonom sistemlərin dizaynı" adlı kitabında da yer alıb. Həmin kitab 2016-cı ilin oktyabrında dərc edilib. Əslində Azərbaycanda yayılan fotonun orijinalı da elə budur. 


Beləliklə, Türkiyə istehsalı kimi qeyd edilən həmin həşərat formalı dron fotosu əslində 2009-cu ildən internetdə mövcuddur. 

ElMedia

 

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook